Foto 10:21 06.11.2019

ABŞ və İsraildən iddia: Türkiyə gizlicə atom bombası yaradıb (SƏNƏDLƏR)

ABŞ və İsrail mediası Türkiyənin "gizlicə nüvə silahı istehsal etdiyi” fikrini formalaşdırmaq üçün təbliğata strat verib.

Qaynarinfo yenişafak-a istinadən xəbər verir ki, bununla bağlı ABŞ Milli Təhlükəsizlik Arxivi belə bəzi köhnə sənədlərin üstündən məxfilik qrifini götürüb.

Bu sənədləri əldə edərək yayımlayan ABŞ mərkəzli "Foreign Policy” (FP) "Türkiyənin uzun zamandır nüvə xəyalları var” başlıqlı bir xəbər dərc edib. Xəbərin girişində "Ankara 1960-cı ildən bəri nüvə silahı yaratmağı düşünür” deyə yazan FP yazının davamında Ərdoğanın nüvə silahına çıxışına eyham vuraraq qeyd edib: "Türkiyənin nüvə bombası istəyi yeni deyil”. 

"Foreign Policy” ABŞ səfiri Parker T. Hartın imzasıyla ABŞ Dövlət Departamentinə göndərilən 1966-cı il tarixli bir sənədi dərc edib. Sənəddəki iddiaya görə, Türkiyə Mədən Tədqiq və Axtarış Ümumi Müdirliyininin səlahiyyətli şəxsləri "eneral [Rafiq] Tulga və ODTÜ Fizika professoru Ömər İnönüyə bir atom bombası yaratma proqramı hazırlamaları üçün əməkdaşlıq təklif edib.. Həmin sənədin davamında o dövr üçün İstanbulda 200 meqavat gücündə bir nüvə reaktorunun planlaşdırıldığı iddia edilir.

İsrailin də son 1 ayda Türkiyənin nüvə silahı yaratmaq fikrində olduğunu iddi edən xəbər və şərhlərə yer verilməsi diqqət çəkir. Bu hesabatlardan birini İsrail rəhbərliyinə yaxınlığı ilə tanınan Milli Təhlükəsizlik Araşdırma Mərkəzi imzalayıb. Mərkəzin yaydığı bir hesabatda Türkiyənin "hərbi nüvə texnologiyasını inkişaf etdirmək niyyətində olduğu” irəli sürülüb.

Vəziyyətin yalnız İsrail üçün deyil, dünya supergücləri üçün də təhlükə yaratdığını vurğulayan hesabatda "Prezident Ərdoğanın Türkiyə silah sənayesinin inkişafına böyük əhəmiyyət verdiyi, Ərdoğanın açıqlamalarının Türkiyənin nüvə imkanlarına çatmasını göstərdiyi” vurğulanıb. Hesabatda Rusiya ilə qurulan nüvə stansiyası layihəsinə diqqət çəkən mərkəz bu işlərin əsasında Türkiyənin hərbi nüvə qabiliyyətlərini inkişaf etdirə biləcəyinə eyham vurub.

Alpər