Video 17:31 12.07.2018

Abşeronda yaşıllıq ərazidə yanğın başlayıb (VİDEO)

Bakı-Quba magistral yolunun 20-ci km-də yaşıllıq ərazi yanır. 

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, yolun Abşeron rayonu ərazisindən keçən hissəsində hektarlarla ərazidə güclü yanğın başlayıb. 

Hadisə yerinə çoxsaylı yanğınsöndürən avtomobillər cəlb olunub. Ərazidə güclü alov müşahidə olunur. 

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.