Dünya 12:41 06.08.2018

Ac və susuz saxlanılmış 11 uşaq aşkar edildi

ABŞ-ın Nyu Mexiko ştatında yerləşən evdə ac və susuz vəziyyətdə saxlanılmış 11 uşaq aşkar edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Amaliya çöllüyündə aşkar edilən tikilidə tapılan uşaqların yaşı 1-15 arasındadır. Qorxmuş azyaşlılar pis vəziyyətdə saxlanılıb və tikilidə su, elektrik olmayıb.

Hadisə ilə bağlı 2 silahlı şəxs həbs edilib.

Gülşən