Ölkə 11:52 16.06.2018

Ağcabədi sakininin maşınını oğurlayıb Beyləqanda kanala atan şəxs tutuldu

Bu ilin yanvar ayında Ağcabədi rayon sakini Sədi İbrahimov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus "VAZ-21011” markalı avtomobilinin oğurlandığı barədə məlumat verib.

DIN Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində oğurlanan maşının Beyləqan rayon ərazisində kanala atıldığı müəyyən edilib. Maşın kanaldan çıxarılaraq sahibinə qaytarılıb.

Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli Abşeron rayon sakini Rəşad Səlimli saxlanılıb. R. Səlimli dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.