Ölkə 13:04 08.12.2018

Ağcabədidə evdən 1,5 kiloqram qızıl oğurlanıb

Ağcabədidə evdən 1,5 kiloqram qızıl oğurlanıb.

DİN-in Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-də rayonun Avşar kəndi ərazisindəki evlərin birindən 1 kiloqram 500 qramlıq qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Ağa Tağıyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!