Ekonomiks 13:32 07.08.2017

AccessBank Visa İnternational tərəfindən mükafata layiq görülüb (R)

AccessBank Visa ödəniş sistemi tərəfindən 2016-cı ildə korporativ kartlarının portfeli üzrə ən yüksək artım göstərdiyinə görə mükafata layiq görülüb. AccessBank, ölkənin aparıcı banklarından biri olaraq təqdim etdiyi kart məhsulları və xidmətlərinin çeşidi və keyfiyyəti üzrə də ön mövqelərdədir. 

Nağdsız ödənişlərin artmasına görə ödəniş kartları da ən əlverişli və rahat ödəniş vasitəsinə çevrilir. Bank 3 il müddətinə, manatda, dollar, avro və funt sterlinqdə Visa Electron-dan başlayaraq Visa Infinite növünədək geniş çeşidli ödəniş kartları təklif edir. Müştərilər ən çox özündə debit və depozit kartlarının imkanlarını birləşdirən çoxfunksiyalı Visa myCard ödəniş kartına maraq göstərir. Bu kartın üstünlükləri odur ki, kart hesabındakı qalığa illik 6%-ə qədər gəlir əldə etmə və AccessBank-ın bankomatlarında komissiyasız nağdlaşdırma imkanını yaradır.

AccessBank-ın ödəniş kartlarının bütün sahibləri üçün Bank bir çox əlavə xidmətlər təqdim edir:

• MyAccess - 24/7 rejimində vəsaitləri idarə etmək üçün pulsuz onlayn bankinq xidməti

• AccessQazanc – xərclənən məbləğin bir hissəsinin müştərinin kartına geri qaytarılması üçün cashback xidməti

• SMS Banking - aparılan əməliyyatlar haqqında SMS-məlumatlandırma xidməti

• Card-to-Card - bankomat vasitəsilə bir kartdan digər karta pul köçürmək imkanı

• PİN Change - bankomat vasitəsilə PİN kodunun tez və rahat dəyişməsi

• 3D Secure - onlayn əməliyyatların əlavə təhlükəsizliyini təmin edən xidmət

• Cash by Code – bank kartı olmayan şəxsə bankomat vasitəsilə kartdan pulun rahat və təhlükəsiz köçürülməsi.

Kart məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi İnternet saytından, Facebook səhifəsindən və 151 nömrəsi ilə Bankın Məlumat Mərkəzinə zəng vurmaqla əldə etmək olar.