Adı qırmızı siyahıda olan PKK-çı arvadıyla İspaniyada yaxalandı

Adı qırmızı siyahıda olan PKK-çı arvadıyla İspaniyada yaxalandı

Türkiyənin tələbiylə adı İnterpol tərəfindən qırmızı siyahıya salınmış Nasir Tur adlı PKK üzvü İspaniyada tutulub.

Qaynarinfo xəbər verir ki, Tur həyat yoldaşı ilə cənubi Qranada şəhərindəki bir oteldə saxlanılıb. 

İspan mediasının məlumatına görə, 57 yaşlı terrorçunun həyat yoldaşı ilə birlikdə bazar ertəsi tətil üçün Qranadaya gəldiyini, çərşənbə axşamı səhər 08.30 -da otelə basqın edən polis tərəfindən nəzarətə alındığını yazıb.

Saxlanılan PKK-çı Madriddəki Milli Məhkəmədə mühakimə ediləcək.

Alpər
XƏBƏRLƏR
BLOGLAR