İdman 12:31 09.10.2019

Adil Şükürov: "Bütün hallarda seçimə hörmətlə yanaşmaq lazımdır"

Xəbər verdiyimiz kimi, Samir Abasovun gedişindən sonra "Zirə"nin baş məşqçisi postuna Adil Şükürovun gətiriləcəyi iddia olunur.
 
Bununla bağlı olaraq Adil bəy ilə əlaqə saxladıq. "Zirə"nin sabiq baş məşqçisi Adil Şükürov adının yenidən bu klubla hallanması ilə bağlı xəbərlərə Sport7.az-a müsahibəsində aydınlıq gətirib.

- Adınız "Zirə" ilə hallanır. Xəbərlər nə dərəcədə doğrudur? Klubdan sizinlə əlaqə saxlayıblar?
- Klubdan heç kim mənimlə əlaqə saxlamayıb. Bu komandayla cox bağlılığım olub.

- Sizcə, Samir Abbasovun göndərilməsi doğru addım idi?
- Bu haqda fikir bildirə bilmərəm. Bu, klubla Samir Abbasovun arasında olan məsələdir.

- Yəqin ki, təklif gəlsə qəbul edəcəksiniz.
- Təklif gəlsə, ilk nóvbədə  şərtlərimizi danışıb, sonra qərar verəsiyik.

- Komandaya təyin olunsanız, bu heyətlə uğura imza atmaq mümkündür?
- Komandada istər yerli olsun, istərsə də legioner, yaxşı futbolçular var. Fikrimcə, bu heyətlə uğur qazanmaq olar. 

- Ramin Quliyev və Aftandil Hacıyev. Bu məşqçilərin də adı "Zirə" ilə yanaşı çəkilir.
- Hər ikisi futbolda  gənc məşqçilərdir. Son qərar klub rəhbərliyinindir. Bütün hallarda seçimə hörmətlə yanaşmaq lazımdır.
 
Röya Kərimli