Dünya 09:45 11.07.2018

Adnan Oktar və şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb

Türkiyədə Adnan Oktar və onun tərəfdarlarına qarşı polis əməliyyatına start verilib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Adnan Oktar və onu  235 tərəfdarına qarşı əməliyyat hazırda davam edir. Oktarın polisə müqavimət göstərdiyi bildirilir. Helikopterlərin cəlb olunduğu əməliyyat zamanı "Adnan hoca"nın evində silah, zirehli gödəkçələr, maşınlar aşkarlanıb.

Qeyd edək ki, Oktar və digər şəxslər barədə cinayətkar şəbəkə qurmaq, təcavüz, pedofiliya, fırıldaqçılıq, təhqir, böhtan, rüşvət, terror və s. bir çox ittihamlar irəli sürülür.

Gülşən