Ölkə 09:44 11.09.2017

Aeroport yolunda ölümlə nəticələnən dəhşətli qəza olub (VİDEO 18+)

Bu gecə saat 00:20 radələrində şəhərdən aeroport istiqamətinə, “Razin” adlanan qəsəbəyə gedən yol ayrıcında avtomobil piyadanı vurub.

"Qaynarinfo" ölkə.az-a istinadən xəbər verir ki, 99-DF-602 dövlət qeydiyyat nişanlı, “Mitsubishi” markalı cip avtomobili 40-45 yaşlarında kişini yoldan keçərkən vurub.

Hadisə yerinə təcili tibbi yardım maşını gəlsə də, piyadanın həyatını xilas etmək mümkün olmayıb. Vurulan şəxs zərbədən hadisə yerindəcə keçinib.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları gəlib. Sürücü saxlanılıb.

Qeyd edək ki, piyadanın vurulduğu yerdə üst piyada keçidi mövcuddur.

Qaynarinfo.Az