Dünən "Sayqa ilə bu axşam" verilişinin qonaqlarından biri açıq-saçıq şəkilləri ilə gündəmə gəlməyə çalışan müğənni Afaq Aslan olub. 

Qaynarinfo milli.az-a istinadən xəbər verir ki, verlişin aparıcısı Sayqa Cahid Afaqdan davulçunun müşayiəti ilə rəqs etməsini istəyib. Təkliflə razılaşan Afaqın dar, qısa geyimi ilə etdiyi rəqsini görən verilişin digər qonağı Fərda Xudaverdiyev utandığından başını qaldıra bilməyib.