Video 18:17 19.03.2018

Afaq Aslan: "Tərbiyəsiz insanlardır, elə bil meşədə böyüyüblər" (VİDEO)

Heç bir məşhur gecə rahat yata bilmir"

Qaynarinfo Day.Az-a istinadən bildirir ki, ARB TV-nin "Açıq Pəncərə" proqramının növbəti buraxılışının qonaqlarından biri də müğənni Afaq Aslan olub.

Həmçinin hack şəbəkələrdə etdiyi rəqslərlə məşhurlaşan Rüfət Cahangirli də proqrama qonaq kimi çağrılıb. O bildirib ki, "İnstagram" hesabını yazılan rəylərdən dolayı bağlayıb.

"Rəy yazanlardan şəxsiyyət vəsiqəsinin seriya nömrəsini tələb etsəydilər o zaman "İnstagram"da olardım. Amma demək istəyirəm ki, heç bir məşhur gecələr rahat yata bilmir".

Daha sonra müğənni Afaq Aslan Rüfətin dediklərini dəstəkləyib.

"Sözlərində həqiqət var. Məndə neçə mindən çox blokda olan insanlar var. Bəzi tərbiyəsiz insanlar var ki, elə bil meşədə böyüyüblər. Elə rəy yazırlar ki, cavab versən onun səviyyəsinə düşərsən".