Sənət 19:01 08.07.2014

Afaq Məsud təzə qəzet açır


Tərcümə Mərkəzi “Aydın yol” qəzetini nəşr edəcək

Azərbaycanda yeni qəzet təsis olunur. Modern.az saytı xəbər verir ki, “Aydın yol” adlanacaq qəzet Nazirlər Kabineti yanında yeni yaradılan Tərcümə Mərkəzinin orqanı kimi fəaliyyət göstərəcək.

Qəzetin adına gəldikdə, məlum olduğu kimi, mərhum türkoloq-alim Aydın Məmmədov Azərbaycan Tərcümə Mərkəzinin ilk rəhbəri olub. Yeni yaradılan Tərcümə Mərkəzinin rəhbərliyi təsis olunacaq qəzeti “Aydın yol” adlandırmaqla həm də onun xatirəsini yad etmiş olur.

Yeni qəzetin yaradıcı heyətinə gəldikdə, tanınmış qələm sahibləri Fəxri Uğurlu, Əlisəmid Kür və digər imzaların adları çəkilir. Fərxri Uğurlu Modern.az-a “Aydın yol”un təsis olunacağını təkzib etməyib: “Qəzet fəaliyyətə başlayanda ictimaiyyətə ətraflı məlumat veriləcək. İndi bu haqda danışmaq tezdir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında yaradılan Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsuddur.

Qaynar.info