Xəbər lenti

AFFA iki futbolçu barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək
İdman 17:29 21.10.2019

AFFA iki futbolçu barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclasda "danışılmış oyunlar"da iştirak edən "Ağsu"nun iki futbolçusu ilə bağlı qərar verilib:

"Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.
 
Birinci divizionda çıxış edən "Ağsu” Futbol Klubunun bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzaliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur.

Qeyd: AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->