İdman 17:01 14.01.2018

AFFA millimiz üçün yeni rəqib tapdı

Qurban Qurbanovun başçılıq etdiyi futbol üzrə Azərbaycan milli komandası Antalyada Kosovo yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında qeyd olunub.

Bildirilir ki, Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasının fevralın 2-də Kosovo yığması ilə yoldaşlıq oyunu keçirməsi barədə AFFA və Kosovo Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.

Qeyd edək ki, millimizin fevralın 2-də Gürcüstanla qarşılaşmalı idi. Amma Gürcüstan yığmasının Antalya toplanışı ləğv olunduğundan görüş baş tutmayacaq.