AFFA 16 yaşədək futbolçulardan ibarət milli komandamıza serb baş məşqçi təyin edib.
Qaynarinfo "Transfermarkt"a istinadən xəbər verir ki, yığmamız Miloş Velebitə tapşırıb. Onunla dünən rəsmi müqavilə bağlanılıb. "Transfermarkt" onu Azərbaycanın U-16 yığmasının baş məşqçisi kimi təqdim edib.
AFFA bununla bağlı rəsmi açıqlama verməyib. Bu səbəbdən müqavilənin detalları bəlli deyil.
39 yaşlı mütəxəssisin son iş yeri Yunanıstan Super Liqasında çıxış edən "Ksanti" klubu olub. O, burda Milan Rastavatsın köməkçisi işləyib.
Miloş Velebit əvvəllər Serbiyanın U-17 və U-19 millilərində, "Banat” klubunda köməkçi məşqçi, U-16, U-18 və U-19 millilərində, həmçinin "Smederevo" klubunda baş məşçqi olub.
Qeyd edək ki, bundan əvvəl U-21 millimizə serb Miloş Obradoviç baş məşqçi təyin edilib.
Şərhlər