İdman 23:13 25.10.2013

AFFA-nın baş katibinə FİFA-da vəzifə verildi

AFFA-nın baş katibi Elxan Məmmədov FİFA-da yeni vəzifə alıb.

Məmmədov dünyanın ali futbol qurumunun FAİR PLAY və Sosial Məsuliyyət Komitəsinə üzv seçilib.
 
Qeyd edək ki, AFFA-nın baş katibi eyni zamanda UEFA-nın FAİR PLAY və Sosial Məsuliyyət Komitəsi sədrinin 2-ci müavinidir.
 
O, FIFA U-17 qadınlararası dünya çempionatının FİFA Təşkilat Komitəsinin də daimi üzvüdür.

Qaynar.info