İdman 21:21 04.10.2018

AFFA qərar verdi: Oyunlardan əvvəl dəqiqəlik sükut elan olunacaq

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin keçirdiyi bütün turnirlərin bu həftə oynanılacaq qarşılaşmalarından əvvəl bir dəqiqəlik sükut elan olunacaq.

Qaynarinfo xəbər verir ki, buna səbəb "Sumqayıt" klubunun U-15 komandasının futbolçusu Ayxan Qasımovun avtomobil qəzasında faciəvi ölümüdür.