İdman 19:14 03.04.2014

AFFA telekanallardan pul istəyir

Qurum 15 minə bütün səfər xərclərini ödəməyi və şərhçi otağı ilə təmin etməyi öz üzərinə götürür.

ABŞ və Azərbaycanın futbol üzrə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun televiziyada canlı yayımı ilə bağlı AFFA tender elan edib.

Qaynar.info Lent.az-a istinadən xəbər verir ki, qarşılaşmanı canlı yayımlamaq istəyən televiziyalar aprelin 10-dək quruma müraciət edə bilər.

Yayım hüququ 15 min manat təşkil edir. Amma bura texniki xərc daxil deyil. AFFA həmin televiziyanın əməkdaşının bütün səfər xərclərini ödəməyi və şərhçi otağı ilə təmin etməyi öz üzərinə götürür.

Qeyd edək ki, San-Fransisko şəhərində keçiriləcək ABŞ – Azərbaycan matçı mayın 27-də yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 28 may, saat 7:00) başlanacaq.