Dünya 11:50 23.02.2019

Afrika ölkəsində prezident hökuməti buraxıb, fövqəladə vəziyyət elan etdi

Sudan prezidenti Ömər Əl Bəşir hökuməti buraxıb və 1 il müddətinə fövqəladə vəziyyət elan edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, prezident daha sonra təhlükəsizlik qüvvələrinə yeni təyinatlar həyata keçirib.
 
Ötən günlərdə Sudan Milli Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin rəhbəri Ömər Əl Bəşirin hakimiyyətdən gedə biləcəyini açıqlamışdı. Son həftələrdə ölkədə hökumət əleyhinə nümayişlər keçirilir. Aksiyalar zamanı min nəfər həbs edilib, 40 nəfər isə həyatını itirib. 

Qeyd edək ki, 75 yaşlı Ömər Əl Bəşir 1993-cü ildən bəri hakimiyyətdədir. 

Gülşən