Afrikada məktəblilər Azərbaycan himnini əlləri ürəklərində oxudular (VİDEO)

Afrikada məktəblilər Azərbaycan himnini əlləri ürəklərində oxudular (VİDEO)

"Afrikanın isti ürəyi" adı ilə tanınan Afrika ölkəsi Malavidə, məktəblilər Azərbaycanın himinini oxuyub, mədəniyyətimizi təbliğ ediblər.

Daha əvvəl Azərbaycanda müəllim işləmiş türkiyəli müəllim Sərhat Aktaş Malavidə keçirilən ikinci ənənəvi mədəniyyət festivalında Azərbaycanı təmsil etməyi qərara alıb. Festivalda malavili şagirdlər ilk dəfə ölkəmizin mədəniyyətinin, milli mətbəxinin və təbii gözəlliklərinin təqdimatını keçiriblər. Malavili şagirdlərin səsləndirdiyi "Qurban olum Azərbaycan" mahnısı, etdikləri rəqs və təqdimetmə üçün hazırlanmış xüsusi guşə qonaqların böyük marağına səbəb olub.

Qeyd edək ki, Malavi Afrika qitəsinin cənub-şərqində yerləşən və dənizə çıxışı olmayan quru ölkəsidir. Sahəsi 118,000 km2, əhalisi isə 16,777,547 nəfərdir. Onun paytaxı və ən böyük şəhəri Lilonqve, ikinci Blantyre, üçüncü isə Mzuzudur. Ölkənin ləqəbi "Afrikanın isti ürəyi"dir. (Yeniavaz.com)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR