Dünya 12:07 16.03.2018

Afrində 56-cı gün

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror "Zeytun Budağı" əməliyyatının 56-cı günüdür.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Azad Suriya Ordusunun dəstək verdiyi əməliyyatlarda öldürülən terrorçuların sayı 3530 nəfərə çatıb. Son 24 saatda 6 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, əməliyyat PKK-PYD və İŞİD terrorçuları əleyhinə aparılır və Türkiyə sərhədlərində təhlükəsizliyin təmini, Suriyadan terrorçuların çıxarılması məqsədini daşıyır.

Gülşən