Dünya 11:41 18.02.2018

Afrində əməliyyatlar davam edir: 1614 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror "Zeytun Budağı" əməliyyatı nəticəsində öldürülən terrorçuların sayı 1614 nəfərə çatıb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə TSQ məlumat yayıb. Əməliyyat PKK/YPG/PYD və İŞİD terrorçuları əleyhinə 20 yanvar tarixində start götürüb.

Bu günə qədər 65 nöqtə terrorçulardan azad edilib və 674 hədəf məhv edilib. Ötən gün 2 türk əsgəri şəhid olub.

Gülşən