Dünya 16:24 14.03.2018

Aİ-dən Türkiyəyə 3 milyard avro yardım

Avropa İttifaqı Türkiyəyə 3 milyard avro yardım ayırmaq barədə qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, təşkilat miqrant problemi ilə bağlı Türkiyəyə 2-ci dəfə ediləcək yardım üçün işlərə başlandığını açıqlayıb.

Qeyd edək ki, Aİ daha əvvəl Türkiyəyə 2 hissə şəklində 3 milyard avroluq yardım vəd etmişdi.

Türkiyədə 3 milyon nəfərdən çox suriyalı miqrant yaşayır.

Gülşən