Dünya 10:35 16.07.2019

Aİ Şimali Koreyaya sanksiya müddətini uzatdı

Avropa İttifaqı Şimali Koreyaya tətbiq edilən sanksiyaların müddətini uzadıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-nin dərc etdiyi press-relizdə məlumat verilib.

Həmin sanksiyalar 9-u hüquqi olmaqla ümumilikdə 57 nəfərə tətbiq edilir. 

Aİ-nin KXDR-ya qarşı sanksiyalar siyahısında BMT Təhlükəsizlik Şurasının qətnamələrində adları çəkilən 80 fiziki və 75 hüquqi şəxs var.

Gülşən