Siyasət 11:37 12.11.2017

Aİ və Azərbaycan arasında aviasiya sazişi imzalanacaq

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında vahid aviasiya məkanı haqqında saziş yaxın zamanlarda imzalana bilər.

"Qaynarinfo" xəbər verir ki, bunu Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Onun sözlərinə görə, bu saziş üzərində işlər davam edir və sazişin noyabrın 24-ü Brüsseldə keçiriləcək "Şərq tərəfdaşlığı” sammiti çərçivəsində imzalanacağı da istisna olunmur.
 
Qaynarinfo.Az