Ekonomiks 14:33 19.02.2019

AİB Gürcüstana Azərbaycan və Ermənistana yol çəkmək üçün 250 milyon ayırdı

Avropa İnvestisiya Bankı müxtəlif infrastruktur layihələrinin icrası üçün Gürcüstana 250 milyon avro kredit ayırıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, kredit sazişi Gürcüstanın maliyyə naziri İvan Maçavariani ilə Avropa İnvestisiya Bankının sədr müavini Vazil Hudak tərəfindən imzalanıb.
 
Hökumət binasında təşkil olunan mərasimdə Gürcüstanın baş naziri Mamuka Bahtadze, digər nazirlər və Avropa İnvestisiya Bankının Tiflisdəki nümayəndəsi Karl Hartzel iştirak edib. Verilən kredit Gürcüstanı Azərbaycan və Ermənistanla bağlayan yol layihələri üçün xərclənəcək:

"Bankın ayırdığı 250 milyon avroluq maliyyə Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlo avtomobil tollarının inşası və təmirinə yönləndiriləcək", - deyə Gürcüstanın baş naziri Mamuka Bahtadze deyib.