ARB TV-nin "Səhər-səhər” proqramının komandası qəzaya düşən Türkan VəlizadəZeynəb Həsəninin son vəziyyətləri ilə bağlı xəstəxanaya üz tutublar.

Qaynarinfo xəbər verir ki, çanaq sümüyü sınan Zeynəb Həsəni sağlıq durumundan özü danışıb:

"Hələ ki, bir neçəmüddət yerimək mümkün olmuyacaq. Həkimlərin nəzarəti altındayıq. İynələr, sakitəşdirici, ağrıkəsicilər... belə... Hadisə çox yadımda qalmayıb. Yağış təzə çiskinləməyə başlamışdı. Mən idarə edirdim avtomobili. Sol tərəfdən çanaq sümüyüm sınıb. Çox yerdəyişmə olmadığına görə, gipsə ehtiyac olmadı. Türkana da mənə də ayaq üstə durmaq və hərəkət etmək üçün 2 ay müddət qoyublar. Bəzən elə olur ki, o kabinetdən bu kabinetə görüntülü danışırıq. Soruşur ki, ağrımırsan? Deyirəm yox. Birdən elə olur ki, o, ağlayır, mən ağlayıram. O mənə, mən də ona deyirik ki, ağlama. Biz ancaq deyib gülə bilərik. Mübahisə ola bilməz”.

Zeynəbdən fərqli olaraq "Səhər-Səhər” komandası Türkanla görüşə bilməyib. Buna səbəb isə Türkanın vəziyyətinin Zeynəbdən daha ağır olmasıdır. Hər iki müğənninin ziyarətinə Xatun, Hacı Nazim, Vasif Əzimov, Damla, Şəbnəm Tovuzlu, Şəbnəm Qəhrəmanova, Ruhəngiz Allahverdiyeva, rəqqasə Fatimə, Sevil, Sevinc bacıları, Ağamirzə, Əbdülxalid və bir çox məhşurlar gəlib. 

Zeynəb Həsəni insanları belə günlərdə tanımaq olduğunu deyib: 

"Şad gündə hamı gəlib oynayır. Amma belə günlərdə insanlar tanınır. Türkan gəlməsə idi mənim yanıma, mənim gözüm yolda qalardı və ya mən gəlməsəydim onun gözü yolda qalardı”.

Qeyd edək ki, məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı Türkan Vəlizadə 2 iyun gecə saatlarında müğənni həmkarı Zeynəb Həsəni ilə avtomobil qəzasına düşüb. Qəzaya səbəb isə yağışlı hava şəraiti olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsənlinin isə çanaq sümüyü sınıb.