Ölkə 12:38 11.06.2013

Ağır yol qəzası: 4 ölü

Azərbaycanda dörd nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə,  yol nəqliyyat hadisəsi Naxçıvan-Culfa yolunun 21-ci kilometrliyində  qeydə alınıb. Fərman Süleymanovun idarə etdiyi “VAZ 21054” markalı avtomobil Məmməd Dövlətovun idarə etdiyi minik avtomobili ilə toqquşub. Nəticədə hər iki sürücü, eləcə də F. Süleymanovun atası, iki qızı və digər avtomobildəki sərnişinlər ağır xəsarətlər alıblar.

Xəstəxanaya yerləşdirilən hər iki sürücü və S. Süleymanovun iki qızı vəfat edib. Faktla bağlı araşdırmalar aparılır.

Qaynar.info