Siyasət 15:03 01.07.2018

Aleksandr Duqin: "Azərbaycanla münasibətlər Rusiya üçün ön plana keçib"

Azərbaycanla münasibətlər Rusiya üçün ön plana keçib.

"Report” xəbər verir ki, bunu jurnalistlərə Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyib.

"Bir çoxları səhvən hesab edirlər ki, Rusiya ilə Ermənistan arasında tərəfdaşlıq Azərbaycanla münasibətləri pozur. Əslində bu, tamamilə belə deyil, Rusiyanın Azərbaycanla münasibətləri ön plana çıxıb", - deyə o əlavə edib.

Duqinin sözlərinə görə, Bakı həmçinin Rusiyanın Türkiyə və İranla qarşılıqlı münasibətlərində başlıca rol oynayır.