Sənət 18:10 09.02.2018

Prezident Aleksandr Şarovskini təltif etdi

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Aleksandr Yakovleviç Şarovskini "Şərəf” ordeni ilə təltif edib.

Qeyd edək ki, Aleksanr Şarovski 1948-ci ildə Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirib. 1967-ci ildən QTT aktyoru, 1976-ci ildən S.Vurğun ad. Rus Dram teatrının aktyoru, 1991-ci ildən quruluşçu-rejissor, 1993-cü ildən teatrın baş rejissoru vəzifələrində işləyir. Bu illər ərzində səhnədə 50-dən çox rol oynamış, 4 kinofilmdə çəkilmiş, 54 tamaşa qurub. Şarovski bundan başqa 4 filmdə çəkilib. "Struktura momenta", "Qorxma, mən səninləyəm", "Prervannaya serenada", "Anekdot" kimi filmlərdə aktyor maraqlı rollar yaradıb. 1988-ci ildə A.Şarovski "Əməkdar artist", 1999-cu ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. "Qızıl dərviş" və "Humay" mükafatları laureatıdır.