İdman 10:18 16.10.2013

Aleksandr Səmədov: "Fitə basılacağımı gözləmirdim"

"Əsas odur ki, biz dünya çempionatına vəsiqə qazandıq"

Rusiya yığmasının Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov azarkeşlərdən narazı qalıb. DÇ-2014-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edərkən Rəşad Sadıqovla aralarındakı problemdən dabışıb:

"Başa düşə bilmirəm ki, azarkeşlər mənə niyə belə mənfi reaksiya göstərdilər. Mən demişdim ki, Azərbaycan yığmasını cəzalandıracağıq. Yəni məğlub edəcəyik. Mən bunu deməklə oyunun nəticəsini nəzərdə tutmuşdum. Azərbaycanlı futbolçular da açıqlamalarında deyirdilər ki, biz qalib gələcəyik. Məncə, dediklərimdə pis bir şey yoxdu. Bu barədə matçdan sonra rəqib futbolçu Rəşad Sadıqovla da söhbət etdim”.

"Sən özünü azərbaycanlı hesab edirsənmi?" sualına isə Səmədov belə cavab verib:

"Atam azərbaycanlıdı. Mən isə Rusiyada doğulmuşam, orda boya-başa çatmışam".

ANS PRESS