İdman 21:05 23.01.2020

Aleksey Baqa "Neftçi"dən təklif aldığını etiraf etdi

Belaruslu məşqçisi Aleksey Baqa "Neftçi"dən təklif aldığını etiraf edib.

Qaynarinfo xəbər verir ki, BATE-dən ayrılandan sonra Litva "Jalgiris”inin "sükanı arxası”na keçən 38 yaşlıməşqçi bu ölkənin mətbuatına müsahibə verib.

Baqa "Neftçi” və digər klublardan gələn təklifləri qəbul etməməsinin səbəbini də açıqlayıb. O, "Suduva" (Litva), "Yagelloniya" (Polşa) və "Neftçi" ilə danışıq apardığınız doğrudurmu" sualına belə cavab verib:

"Gizlətməyəcəyəm. Klub rəhbərləri ilə söhbətlərim olub. Konkret hansısa klub haqqında danışmaq istəmirəm. Fərqli səbəblərə görə gedə bilmədim. Bəzi hallarda başqa bir namizəd seçildi, digərlərində isə ailəmin vəziyyəti böyük rol oynadı. Uzaq bir yerə getmək və ailəmi özümlə aparmaq istəmirdim".