Ölkə 16:03 21.08.2018

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, müsabiqədə iştirak edənlər iş nömrəsini 7727-ə göndərməklə müsabiqənin nəticəsi ilə tanış ola bilərlər.

Nəticələr yaxın vaxtlarda DİM-in saytına yerləşdiriləcək.