Kaliforniya Universitetinin alimləri yuxunun hansı dövrünün sağlamlıq üçün daha faydalı olduğunu aydınlaşdırıblar. Tədqiqatçıların fikrincə, yuxunun "qısamüddətli” adlandırılan sonuncu fazası stresin öhdəsindən gəlməkdə insana kömək edir.

Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, mütəxəssislər öz nəzəriyyələrini təsdiq etmək üçün əməli təcrübə aparıblar. Könüllüləri qısamüddətli yuxuya verərək, -  adətən bu zaman insan yuxu görür, - onları mümkün qədər çox bu vəziyyətdə saxlayıblar. Nəticədə məlum olub ki, respondentlərin qorxu hissi ilə bağlı olan beyin fəallığı yavaşıyıb. Uzun müddət qısamüddətli yuxuda olanlar özlərini inamlı hiss ediblər, posttravmatik emosional pozğunluğun və gərginlik hissinin öhdəsindən asanlıqla gəliblər.

Daha əvvəl bir qrup ABŞ alimi nə vaxt yatmağın daha faydalı olduğunu müəyyən edib. Tədqiqatçıların fikrincə, gündüz yuxusu gücü sürətlə bərpa etməyə, diqqəti müəyyən məsələ üzərində cəmləşdirmək üçün lüzumsuz fikirlərdən uzaqlaşmağa imkan verir