Texnologiya 22:39 27.07.2019

Alimlər süni beyin yaradırlar

Avstraliyanın Melburn Kral Texnologiya Universitetinin alimləri beynin bioloji funksiyalarını təqlid edən mikroçip - süni beyin yaradıblar.

Qaynarinfo Azərtac-a istinadən bildirir ki, yeni texnologiyanın əsasında optogenetika (prosesə işıq təsirinin köməyilə nəzarət etmək qabiliyyəti) dayanır. Mikroçip elektrik müqavimətinin müsbətdən mənfiyə doğru dəyişilməsi üçün işıq dalğalarından istifadə edir və bu da sinir əlaqələrinin formalaşmasına və qırılmasına səbəb olur. Süni intellektin əsasında yaranan bu sistem daha da inkişaf etdiriləcək.