Sənət 21:07 01.01.2019

Alimlər xərçəngin 3D virtual reallıq modelini hazırladı

İngilis elm adamları xərçəng xəstəliyinin üçölçülü virtual reallıq modelini hazırlayıblar. 

Böyük Britaniyanın Kembric Xərçəng Tədqiqatları İnstitutunda beynəlxalq araşdrıma çərçivəsində hazırlanan model vasitəsilə xəstədən alınan şiş nümunəsi ətraflı şəkildə araşdırılacaq və hər bir hüceyrənin xəritəsini çıxartmaq mümkün olacaq. Belə ki, model vasitəsilə şiş nümunələri genişləndiriləcək və hüceyrələr ətraflı öyrənilə biləcək.

Modelin xərçəng haqqında daha çox məlumat əldə etməyə və yeni müalicə üsullarının araşdırılmasına kömək edəcəyi deyilir. (Azedu.az)