Dünya 23:15 29.03.2024

Alimlər yeni kərtənkəyə növünə Van Qoqun adını verdi

"Thackeray Wildlife Trust"dan olan bir qrup elm adamı Hindistanın Qərbi Qats dağlarında gekkonun (heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi-red.) yeni növünü kəşf edib. Aşkar edilmiş sürünənlərə məşhur holland rəssamı Vinsent Van Qoqun şərəfinə "Cnemaspis vangoghi" adı verilib. 

Qaynarinfo xəbər verir ki, araşdırma "ZooKeys" elmi jurnalında dərc olunub.

Zooloqların fikrincə, kərtənkələlərin naxışlı dərisi rəssamın ən məşhur şah əsərlərindən birini - "Ulduzlu gecə" rəsmini xatırladır.

"Cnemaspis vangoghi" cinsinin erkəklərində baş və bədənin ön hissəsi sarı, arxa tərəfində isə açıq mavi ləkələr var.

Gekkon Srivilliputhurun ​​yarpaqlı meşələrində qayalar və ağaclar arasında yaşayır. Bunlar uzunluğu 3,4 santimetrdən çox olmayan kiçik heyvanlardır. Onlar səhər erkən və axşam sərin saatlarda xüsusilə aktivdirlər.

Aydın