Dünya 09:34 22.09.2018

Alimlər yeni planet kəşf etdi: su var

NASA-nın TESS Planet Araşdırma Peyki yerdən 59,5 işıq ili uzaqlıqda yeni planet tapıb.

Qaynarinfo Space.com-a istinadən xəbər verir ki, "Pi Mansea c" adı verilən super dünya kateqoriyasındakı planeti sahəsi Yer kürəsindən 2,14 dəfə böyük, kütləsi isə 4,82 dəfə ağırdır.

"Pi Mensae c" ətrafında fırlandığı ulduza Günəşə ən yaxın planet olan Merkuridən 50 dəfə daha yaxındır.

Araşdırmalara görə planetin böyük hissəsi sudan ibarətdir, lakin ətrafındakı ulduza çox yaxın olduğu üçün, radiasiya səbəbindən su daim buxar halındadır.

Qeyd edək ki, alimlər Pi Mensaenin ətrafında Günəş sisteminin ən böyük planeti olan Yupiterdən 10 dəfə ağır olan bir planet kəşf etmişdilər. Planetin böyük hissəsi qaz buludlarından ibarət idi.