Ölkə 16:10 21.12.2017

Allahşükür Paşazadə: “Mən nə qədər varam, QMİ-nin qurultayı keçirilməyəcək”

"Mən nə qədər həyatda varam, Qafqaz MÜsəlmanları İdarəsinin qurultayının keçirilməsinə ehtiyac yoxdur”.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, qurultay idarəyə sədrin seçkisi münasibəti ilə keçirilir: "Son qurultayda ömürlük sədr seçildiyim üçün nə qədər mən həyatdayam, belə bir qurultayın keçirilməsi nəzərdə tutulmur”.