Ölkə 11:54 27.12.2017

Allahşükür Paşazadənin qızı klinika açıb

Vergilər Nazirliyi "Zəhra Clinic" MMC-ni dövlət qeydiyyatına alıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat dərc edilib.

MMC-nin nizamnamə kapitalı 100 manatdır. Klinikanın qanuni təmsilçisi Paşazadə Vəfa Allahşükür qızıdır.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 13, mənzil 111-dir.

Qeyd edək ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.