İdman 18:49 23.08.2013

Alman futbolunda seks qalmaqalı

Almaniya Bundesliqasında bir neçə futbolçunun sms və bütün əxlaqsız əməlləri ortaya çıxıb. 

Qaynar.info xəbər verir ki, gənc qız ölkə çempionatında çıxış edən 5 futbolçu ilə cinsi münasibətlərini "BZ" qəzetinə açıqlayıb. 

qızın verdiyi açıqlamasında futbolçulardan biri ilə 2013-cü ilin aprelində, onun imza günündə cinsi əlaqədə olduğu, daha sonra onun telefon nömrəsini komanda yoldaşlarından ikisinə verdiyi bildirilib. Daha sonra futbolçuların sms-ləri ortaya çıxarılıb. SMS-lərdə bəzi futbolçuların cinsi əlaqə üçün görüşmək istədiyi, bəzilərinin 1000 avroya fərqli cinsi əlaqələrdə olmaq təklif etdiyi, birinin qızın çılpaq fotosunu istədiyi, başqa birisinin də cinsi orqanının fotosunu qıza göndərdiyi ortaya çıxıb. 

Qəzet futbolçuların adlarını açıqlamayıb.

Qaynar.info