Dünya 12:05 03.06.2018

Alman mediasından böyük iddia: NATO Rusiyaya qarşı 30 minlik ordu yaradır

Almaniyanın "Welt am Sonntag” qəzeti NATO-nun Rusiya əleyhinə 30 minlik ehtiyat ordu yaratdığını iddia edib.

Qaynarinfo xəbər verir ki, 30 gün ərzində hazır vəziyyətə gələ biləcək bu birlik yüzlərlə hərbi təyyarə və gəmiyə sahib olacaq. Xəbərdə bildirilir ki, birlik NATO-nun 20 minlik "Response Force" qüvvələrinə tamamlayıcı rol funksiyasını yerinə yetirəcək.

Layihədə aparıcı rol Almaniyaya məxsus olacaq. NATO diplomatı 30 minlik hərbi qüvvənin yaradılması barədə bu fikirləri səsləndirib: "Müdafiəyə hazır olduğumuzu göstərmək üçün sürətli olmalıyıq və çox sayda hərbi texnikanı qısa müddətdə daşıya bilməliyik".

Birliyin yaradılması üçün ABŞ təşəbbüs göstərib. Məsələ 7-8 iyunda Brüsseldə keçiriləcək iclasda müzakirə ediləcək. İyulun ortalarında isə layihə ilə bağlı bəyannamənin qəbulu gözlənilir.

Gülşən