Dünya 16:01 22.01.2018

Alman qadın İraqda edama məhkum edildi (VİDEO)

İraqda ələ keçirilən və İŞİD terror təşkilatının üzvü olan almaniyalı qadın edama məhkum edilib.

Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, Mərakeş əsilli qadın terror təşkilatına maddi-texniki dəstək verməkdə ittiham edilir. İraq Ali Məhkəməsinin sözçüsü Əbdul Səttar Bayraqdar məsələ ilə bağlı danışıb. O bildirib ki, Almaniyanın Manheym bölgəsindən 2 qızı ilə İraqa İŞİD-ə qoşulmaq üçün gələn qadın edama məhkum edilib, lakin hökmə etiraz etmək hüququ var. Qadının hər iki qızı daha sonra İŞİD terrorçuları ilə evlənmişdi.

Qeyd edək ki, ötən il aşkar edilən fakt və ələ keçirilən almaniyalı yeniyetmə böyük əks-sədaya səbəb olmuşdu. O, həbs edilən zaman İŞİD terrorçusu ilə evli və hamilə idi.

Gülşən