İdman 13:37 13.02.2018

Almaniya – Azərbaycan matçının vaxtı dəqiqləşdi

17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun təqvimi açıqlanıb.

Qaynarinfo apasport.az-a istinadən xəbər verir ki, tarixində ilk dəfə bu raundda çıxış edəcək Azərbaycan yığmasının keçirəcəyi matçların vaxtı və yeri dəqiqləşib.

Oyunları Almaniyada keçiriləcək VII qrupun oyunları martın 22-də start götürəcək və 28-də yekunlaşacaq. Millimiz öncə meydan sahibləri, ardınca İrlandiya, son matçda İslandiya ilə görüşəcək.

Final mərhələsinə yeganə vəsiqə uğrunda mübarizə aparacaq komandamız irlandiyalılarla Qreyfsvald, digər iki oyunu Neubrandenburqda keçirəcək.

Avropa çempionatı - Elit-raund, VII qrup

22 mart
15:00. Almaniya - Azərbaycan
Neubrandenburq

25 mart
13:00. İrlandiya - Azərbaycan
Qreyfsvald

28 mart
14:00. Azərbaycan - İslandiya
Neubrandenburq

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.