Video 15:48 27.06.2019

Almaniya kansleri yenə titrədi (VİDEO)

Almaniya kansleri Angela Merkel növbəti dəfə titrəyib.

Qaynarinfo xəbər verir ki, yeni ədliyyə nazirinin təqdimatı mərasimində prezident Frank Volter Staynmeyerin yanında dayanan baş nazirin açıq-aşkar titrədiyi görünür. Bu vəziyyətdən sonra Merkel ona təklif edilən sudan imtina edib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Xatırladaq ki, Angela Merkel ötən həftələrdə Ukrayna prezident Vladimir Zelenskinin qarşılanma mərasimində də titrəmişdi. Alman rəsmiləri və mətbuatı kanslerin səhhəti ilə bağlı məlumat vermir.

Gülşən