Bakıda olan Almaniyanın 17 yaşadək millisinin baş məşqçisi Maykel Şönvayts komandasında olan azərbaycanlı futbolçu Renat Dadaşov haqda danışıb.

Qaynarinfo.az xəbər verir ki, 36 yaşlı məşqçi bunları deyib: "Renat Dadaşova maraq böyükdür. Bunu da normal qarşılayırıq. Çünki o, milliyətcə azərbaycanlıdır. Ancaq bu onun Almaniya yığmasında oynamasına heç bir problem yaratmır. İnanıram ki, onun hazırlıq səviyyəsi bizə kömək edəcək".

Qeyd edək ki, milliyyətcə ləzgi olan Renat Dadaşov Almaniyada doğulsa da, vaxtı ilə Azərbaycanın U-16 yığmasında çıxış edib. Ancaq onun qardaşı Rüfət Bakıda doğulub və Azərbaycanın əsas millisində oynayıb. Onların ataları Oleq Dadaşov isə SSRİ millisinin su polosu yığmasında çıxış edib.

Qaynarinfo.az