İdman 09:57 05.07.2014

Almaniya yarımfinalda Braziliyaya rəqib oldu


Ötən gecə "DÇ-2014"də 1/4 final mərhələsinin oyunlarına start verilib.
 
İlk olaraq meydana Avropa təmsilçiləri Fransa və Almaniya yığmaları çıxıb. Bu görüşdə Almaniya 1:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Günün ikinci qarşılaşmasında Braziliya və Kolumbiya komandaları üz-üzə gəlib. Oyunu 2:1 hesablı qələbə ilə başa vuran meydan sahibləri yarımfinala yüksəliblər. 

Beləliklə yarımfinal mərhələsində Braziliya və Almaniya komandaları üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 finalın qalan iki oyunu bu gün keçiriləcək. Əvvəlcə Argentina - Belçika, daha sonra Hollandiya - Kosta-Rika oyunları keçiriləcək.


4 İYUL

1/4 final mərhələsinin oyunları

01:00. Braziliya - Kolumbiya - 2:1

Qollar: Tiaqo Silva, 8 (1:0), David Luiz, 75 (2:0), Rodriges, 80-pen. (2:1)

21:00. Fransa - Almaniya - 0:1

Qol:  Mats Hummels, 13 (0:1)

Qaynar.info