Dünya 13:51 14.10.2018

Almaniyada minlərlə insan küçələrə çıxdı

Almaniyada irqçiliyin, ayrıseçkiliyin, miqrantlara qarşı düşmənçiliyin artmasına etiraz etmək üçün minlərlə insan Berlin küçələrinə çıxıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, çoxlu sayda ictimai birilik və tanınmış şəxslərin dəstək verdiyi aksiya "Açıq və müstəqil bir cəmiyyət üçün ayrıseçkilik yerinə birləşmə" şüarı altında təşkil olunub.

Aksiyada iştirakçılar "Faşizm bir də heç vaxt", "İrqçilik alternativ deyil", "Dəstək çıxmaq sərhəd tanımaz" və "Birlikdə irqçiliyə qarşı" yazılan lövhələrlə yürüş ediblər.

Aksiyaya 150 minə yaxın insan qatılıb. Onlar Avropanın miqrant siyasətinə etirazlarını ifadə ediblər.