Dünya 14:00 13.12.2019

Almaniyada partlayış: 25 nəfər yaralandı

Almaniyanın Blankenburq şəhərində güclü partlayış meydana gəlib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisəninbeşmərtəbəli yaşayış binalarından birində baş verdiyi və 25-ə yaxın insanın yaralandığı bildirilib. Çökən binada xilasetmə işləri aparılır. Polisin açıqlamasına görə, dağıntılar altında hələ də insanlar var.
 
Partlayışın hansı səbəbdn baş verdiyi hələlik məlum deyil.